Çində yeni ekzotik içki – tarakanlı qəhvə satışa çıxarılıb.
Bizim.Media “South China Morning Post” nəşrinə istinadən xəbər verir ki, Pekindəki Həşərat Muzeyi üzərinə üyüdülmüş tarakan tozu səpilmiş qəhvə satmağa başlayıb.
Bundan əlavə, içkiyə qurudulmuş sarı un qurdu da əlavə edilir. İçkini dadanlar onun dadını “yanıq və azca turş” kimi təsvir edirlər.
Muzey əməkdaşlarının sözlərinə görə, 6 dollarlıq içki 2025-ci ilin iyun ayının sonunda satışa çıxarılıb və son günlər sosial şəbəkələrdə viral olub.
Onlar bildiriblər: “Biz həşərat muzeyiyik və içkilərimizin də mövzuya uyğun olması məntiqlidir.”
Qəhvə menyusu bununla bitmir. Buraya həmçinin sinehorə bitkisinin həzm şirəsi əsasında hazırlanan qəhvə və yalnız Halovində satılan məhdud sayda “qarışqa qəhvəsi” də daxildir.
Bütün inqrediyentlər ənənəvi Çin təbabəti mağazalarından alınır – təşkilatçılar bunun təhlükəsizliyi təmin etdiyini bildirirlər.
Çin xalq təbabətində tarakanların qan dövranını yaxşılaşdırdığı, un qurdlarının isə immuniteti gücləndirdiyi güman edilir. Yeni içkinin əsas alıcıları da gənclərdir.
Muzey əməkdaşı əlavə edib: “Uşaqlı valideynlər bunu sifariş etmir – tarakanları sevmirlər.”

Bizim.Media





























































































