Yadplanetlilər dünya ilə təmasa keçməyəcəklər – Rusiyaya görə... 

Yadplanetlilər dünya ilə təmasa keçməyəcəklər – Rusiyaya görə... 

Hazırda oxunan: Yadplanetlilər dünya ilə təmasa keçməyəcəklər – Rusiyaya görə... 

58172

Rusiya hökumətinin Ukrayna üzərində “qılınc sallaması” bizim yadplanetlilərlə təmas şansımızı puça çıxarır.  

Bizim.Media “Daily Star” nəşrinə istinadən xəbər verir ki, bu iddia İngiltərə Müdafiə Nazirliyi üçün yadplanetliləri araşdıran ekspert Nik Pop tərəfindən səsləndirilib.  

Ekspert qeyd edib ki, yer üzünü diqqətlə izləyən yadplanetlilər Rusiyanın qonşusu ilə gərginliyinin artmasına “ibtidai davranış” kimi baxacaqlar.  

UNO mütəxəssisi bildirib ki, bizdən işıq illəri qabaqda olacağını düşündüyü mürəkkəb yadplanetli sivilizasiyalar bunu bizə baş çəkməmək və ya əlaqə saxlamamaq üçün səbəb kimi görə bilər.  

Nik məsələ ilə bağlı bu fikirləri səsləndirib:   

"Yüksək inkişaf etmiş yadplanetlilər, yəqin ki, müharibəyə yalnız ibtidai sivilizasiyaların məşğul olduğu bir şey kimi baxırlar. Ona görə də Ukraynadakı vəziyyət o deməkdir ki, dünya hələlik Qalaktika Federasiyasına (Qalaktikalararası birlik) qoşulmaq üçün dəvət almayacaq".  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO