Hindistanda son aylarda ən azı 24 uşaq öskürək siropundan ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Hindistanın Tamil Nadu ştatında sağlamlıq və dərman təhlükəsizliyinə cavabdeh olan üç şəxs agentliyə bildiriblər ki, "Coldrif" adlı öskürək siropunun istehsalında istifadə olunan həlledicinin zəhərli kimyəvi maddə ilə çirklənməsi ehtimal olunur.
Həmin vaxt "Sresan Pharmaceutical Manufacturer" şirkəti yerli kimya distribyutoru "Sunrise Biotech"dən 50 kiloqram propilenqlikol (PG) həlledicisi alıb. Elə həmin gün bu məhsul kiçik kimya istehsalçısı olan "Jinkushal Aromadan" da əldə edilib. Şirkət əsasən maye yuyucu vasitələr üçün ətir və digər kimyəvi maddələr istehsal edir.
Hindistan hakimiyyəti araşdırmaya başlayıb. "Coldrif" siropunun tanınmış sənaye toksini, dietilen qlikol (DEG) ilə güclü şəkildə çirkləndiyi vurğulanır.
Hazırda hüquq-mühafizə orqanları bu maddənin həllediciyə necə daxil olduğunu araşdırır. (Musavat.com)

Bizim.Media





















































































