İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Hazırda oxunan: İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

581516

İrandan Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində İrandan uçuş aparatı vasitəsilə narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb.
 

Əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 33 kiloqram 345 qram narkotik vasitə (29 kq 575 qram marixuana; 3 kq 125 qram metamfetamin; 565 qram tiryək; 80 qram metadon suyu) və 6758 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülüb.


Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO