ABŞ və müttəfiqləri Rusiya prezidenti Vladimir Putinə yaxın olduğu iddia edilən şəxslərin siyahısını hazırlayıblar. Onlara qarşı Ukrayna ətrafındakı vəziyyətə görə sanksiyalar tətbiq oluna bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” qəzeti ABŞ-dakı mənbələrə istinadən yazıb.
Birləşmiş Ştatlar və müttəfiqləri Rusiya rəsmiləri, o cümlədən yüksək vəzifəli şəxslər, dövlət şirkətlərinin idarə heyətinin üzvləri və onların ailələrinə qarşı sanksiyalar tətbiq edə bilər.
“Bizim müəyyən etdiyimiz şəxslər Kremlin yaxın çevrəsinə mənsubdurlar və ya onlara yaxındırlar, hökumətin qərarlarının qəbulunda rol oynayırlar və ya ən azı Kremlin sabitliyi pozan davranışlarında iştirak edirlər”, - ABŞ hökumətindəki yüksək vəzifəli mənbə deyib.
Bununla belə, o, sanksiya tətbiq oluna biləcək rusların adını çəkməyib, lakin qeyd edib ki, bir çoxları "Qərblə dərin maliyyə əlaqələri səbəbindən xüsusilə həssas hədəflər" ola bilər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:17 / 31.01.2022
ABŞ Putinin yaxın adamlarına qarşı sanksiyalar hazırlayır - FINANCIAL TIMES
Hazırda oxunan: ABŞ Putinin yaxın adamlarına qarşı sanksiyalar hazırlayır - FINANCIAL TIMES
Hazırda oxunan: ABŞ Putinin yaxın adamlarına qarşı sanksiyalar hazırlayır - FINANCIAL TIMES
58005
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.