BBC-nin baş direktoru istefa verdi - Trampın çıxışını saxtalaşdırıb?

BBC-nin baş direktoru istefa verdi - Trampın çıxışını saxtalaşdırıb?

Hazırda oxunan: BBC-nin baş direktoru istefa verdi - Trampın çıxışını saxtalaşdırıb?

579791

Böyük Britaniyanın BBC yayım korporasiyasının baş direktoru Tim Deyvi ABŞ Prezidenti Donald Trampın çıxışının saxtalaşdırılması ilə bağlı yaranan qalmaqaldan sonra istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı korporasiyanın özü yayıb.

BBC-nin açıqlamasında bildirilib ki, qurumun xəbər bölməsinin rəhbəri Debora Terness də vəzifəsini tərk edib.

Xatırladaq ki, bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Levitt BBC-nin Trampın 2021-ci ilin yanvarında Kapitoliyə hücumdan əvvəlki çıxışını təhrif etdiyini bəyan etmişdi. Onun sözlərinə görə, korporasiya ABŞ prezidentinin çıxışını bilərəkdən dəyişdirərək, sanki Trampın Kapitolidə baş verən iğtişaşları dəstəklədiyi təəssüratını yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO