Ukraynanın yeni qanadlı raketi “Flamingo” texniki göstəricilərinə görə ABŞ istehsalı “Tomahawk” raketindən üstündür.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın “The Independent” yazıb.
Məlumata görə, əsas fərqlər bunlardır:
Uçuş məsafəsi: “Flamingo” 3000 kilometrədək məsafə qət edə bilir – bu, “Tomahawk”ın uçuş məsafəsindən təxminən iki dəfə çoxdur.
Döyüş başlığı: Raket bir tondan artıq partlayıcı daşıya bilir, bu da “Tomahawk”ın gücündən iki dəfə artıq deməkdir.
Ukrayna mənbələrinin bildirdiyinə görə, “Flamingo” müasir idarəetmə sistemləri və yüksək dəqiqlikli naviqasiya texnologiyaları ilə təchiz edilib.
Ekspertlər qeyd edirlər ki, bu raket Ukraynanın müdafiə sənayesində əhəmiyyətli irəliləyiş sayılır və onun istehsalı ölkənin hərbi-texnoloji potensialını xeyli artırır.

Bizim.Media





























































































