Türkiyədə 7 tanınmış şəxsin cinayət işi dayandırıldı: Hadisə Açıkgöz, Mert Yazıcıoğlu…

Türkiyədə 7 tanınmış şəxsin cinayət işi dayandırıldı: Hadisə Açıkgöz, Mert Yazıcıoğlu…

Hazırda oxunan: Türkiyədə 7 tanınmış şəxsin cinayət işi dayandırıldı: Hadisə Açıkgöz, Mert Yazıcıoğlu…

579191

İstanbulda məşhur simalara qarşı aparılan qadağan olunmuş maddə (narkotik) istintaqında yenilik var. Belə ki, Məhkəmə-Tibbi Ekspertiza Qurumunun apardığı analizlərdə qan və saç nümunələrində heç bir maddə aşkarlanmayan Hadisə Açıkgöz, Mert Yazıcıoğlu, Demet Evgar, Özge Özpirinçci, Meriç Aral, Ceren Moray və Duyğu Özaslan barəsində cinayət təqibinə xitam verilib (iş dayandırılıb).

Bizim.Media “haberler.com” saytına istinadən xəbər verir ki, bu yeddi məşhurun test nəticələri mənfi çıxdığı üçün onların barəsində “nəticəsiz istintaq” qərarı verilib.

Eyni araşdırmada Dilan Polat, Derin Talu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırımın qan və saç nümunələrində narkotik maddə izləri aşkarlanıb.

Bundan başqa, İrem Derici, Engin Polat, Ziynet Sali və Feyza Altunun analizlərində tibbi dərmanların tərkibində olan aktiv maddələrin pozitiv nəticə verdiyi bildirilib.

Beləliklə, 7 məşhur barəsində cinayət işi bağlanıb, 8 nəfərdə qadağan olunmuş maddə, 4 nəfərdə isə tibbi preparat qalığı müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO