“Açıq Rusiya” hərəkatının keçmiş koordinatoru, Polşada sığınacaq almış İqor Roqov Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq etdiyini etiraf edib.
Bizim.Media xəbər verir ki, bu barədə Roqov istintaqa ifadəsində bildirib.
“Mən elə bir işlə məşğul olmalı idim ki, həm xoşuma gəlsin, həm də karyeramda irəliləyim, rusiyalı müxalifətçilər arasında tanınım, yeni insanlarla tanış olum və nəticədə bu məlumatları Federal Təhlükəsizlik Xidmətinə ötürüm. Mənə elə gəlirdi ki, bu yolla daha çox fayda verirəm, nəinki zərər,” – deyə o, qeyd edib.
Poqov əlavə edib ki, bunu təzyiq altında etdiyini söyləyib.
Polşa prokurorluğu 2024-cü ilin dekabrında Roqov və onun həyat yoldaşı İrina Roqovaya qarşı casusluq ittihamı irəli sürüb.
2025-ci ilin oktyabrında isə iş məhkəməyə göndərilib.
İstintaqın məlumatına görə, İqor Roqov 2024-cü ilin iyulunda içərisində partlayıcı qurğular olan bağlamanın göndərilməsi və qəbulu prosesində iştirak edib. Bundan başqa, o, FTX-lə əməkdaşlıq edərək rusiyalı müxalifətçilər barədə məlumat toplayıb, bu məlumatları isə xidmətdəki əlaqələrinə həyat yoldaşı vasitəsilə ötürüb.
İqor Roqov “Açıq Rusiya” təşkilatının koordinatoru olub və Ukrayna ilə müharibə başlayandan sonra Polşada siyasi sığınacaq alıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:58 / 04.11.2025
Rusiyalı müxalifətçi FTX ilə əməkdaşlıq etdiyini BOYNUNA ALDI
Hazırda oxunan: Rusiyalı müxalifətçi FTX ilə əməkdaşlıq etdiyini BOYNUNA ALDI
Hazırda oxunan: Rusiyalı müxalifətçi FTX ilə əməkdaşlıq etdiyini BOYNUNA ALDI
578870
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































