Əbu-Dabinin vəliəhdi İsrail prezidenti ilə görüşdü – NƏYİ MÜZAKİRƏ ETDİLƏR?

Əbu-Dabinin vəliəhdi İsrail prezidenti ilə görüşdü – NƏYİ MÜZAKİRƏ ETDİLƏR?

Hazırda oxunan: Əbu-Dabinin vəliəhdi İsrail prezidenti ilə görüşdü – NƏYİ MÜZAKİRƏ ETDİLƏR?

57884

Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında İsrail prezidenti İçxak Hersoq ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, eləcə də regiondakı vəziyyəti müzakirə edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü BƏƏ Dövlət Xəbər Agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, yəhudi dövləti prezidentinin Əbu-Dabiyə ilk səfəri çərçivəsində siyasətçilər İsrailin BƏƏ və Bəhreynlə münasibətlərinin normallaşdırılması üçün 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş razılaşma kontekstində əməkdaşlığın müxtəlif aspektlərini nəzərdən keçiriblər. 

Əbu-Dabinin vəliəhdi bu səfərin “iki dövlətin və bütün Yaxın Şərq regionunun xalqlarının rifahı naminə əlaqələrin daha yüksək səviyyəyə yüksəlməsinə töhfə verəcəyinə” ümid etdiyini bildirib.

Bununla əlaqədar tərəflər bütün səviyyələrdə, xüsusilə iqtisadiyyat, ticarət, investisiya, texnologiya, səhiyyə və bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.

Bundan əlavə, qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlərə, xüsusən də Yaxın Şərqdə sülh və sabitliyin əldə edilməsi üçün göstərilən səylərə toxunulub.

Öz növbəsində, Hersoqun ofisi İsrail prezidentinin "təhlükəsizlik sahəsində BƏƏ-nin tələblərini tam dəstəklədiyini" ifadə etdiyini və "terror qrupları tərəfindən BƏƏ-nin suverenliyinə hər hansı təcavüzü" pislədiyini bildirib.

Prezident həmçinin qeyd edib ki, “İbrahim razılaşmaları” davam etdirilməli və bu sənədə “daha çox ölkə qoşulmalıdır”.

Daha əvvəl ofis məlumat vermişdi ki, yəhudi dövlətinin prezidenti Əbu-Dabinin vəliəhd şahzadəsinin dəvəti ilə bazar günü BƏƏ-yə rəsmi səfərə gedib.

Digər məsələlərlə yanaşı, Hersoqun BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan, həmçinin BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubay Əmirliyinin hökmdarı Məhəmməd bin Rəşid Əl Maktum ilə görüşü nəzərdə tutulub. 

Səfər yanvarın 31-dək davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO