Türkiyədə azərbaycanlı oğlan sevgilisini qətlə yetirdi

Türkiyədə azərbaycanlı oğlan sevgilisini qətlə yetirdi

Hazırda oxunan: Türkiyədə azərbaycanlı oğlan sevgilisini qətlə yetirdi

578831

Türkiyədə azərbaycanlı oğlan qısqanclıq zəminində rusiyalı qızı qətlə yetirib. O, sevgilisinə 75 bıçaq zərbəsi vurub.

Bizim.Media xəbər verir ki, bu barədə Telegram kanalları yazıb.

Məlumata görə, 27 yaşlı Azərbaycan vətəndaşı özündən 7 yaş kiçik – 20 yaşlı sevgilisi Arzu Xəlilovaya qarşı daimi qısqanclıq göstərirmiş. Onlar arasında baş verən növbəti mübahisə davaya çevrilib.

Münaqişə zamanı kişi əvvəlcə qızı döyüb, daha sonra ona 75 dəfə bıçaqla zərbə endirib. Ağır yaralanan Arzu xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Polis şübhəlini saxlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO