17 il əvvəl Bolqarıstanın ən çox axtarılanlar siyahısına daxil edilmiş və 12 ildir ölü olduğu güman edilən bir kişi ölkənin cənub-qərb hissəsindəki Pirin dağlarında üzə çıxıb.
Bizim.Media xəbər verir ki, Bolqarıstandakı Pirin Milli Parkı idarəsinin rəsmiləri tərəfindən aparılan müntəzəm yoxlama zamanı icazəsiz düşərgə qurduğu müəyyən edilmiş bir nəfər aşkar edilib.
Məlumata görə, şübhəlinin şəxsiyyətini yoxlamağa çalışarkən aqressiv davranış nümayiş etdirdiyi üçün əraziyə polis çağırılıb.
Daha sonra şəxsiyyətini təsdiq edən sənədləri olmayan kişi polis tərəfindən Bansko Rayon Polis İdarəsinə aparılıb.
Aparılan araşdırma nəticəsində məlum olub ki, sözügedən şəxs 2008-ci ildə milli və beynəlxalq axtarışa verilib və 2013-cü ildə tapılmadığı üçün məhkəmə tərəfindən ölü elan edilib.
"Rus əsilli olduğu müəyyən edilən bu şəxs illərdir dağlarda tənha yaşayıb. Park rəsmiləri sayəsində indi onun kimliyi müəyyən edilib", - milli parkın direktoru deyib. (Lent.az)
Bizim.Media





























































































