“Sayılı günlər qalıb” - Trampdan XƏBƏRDARLIQ

“Sayılı günlər qalıb” - Trampdan XƏBƏRDARLIQ

Hazırda oxunan: “Sayılı günlər qalıb” - Trampdan XƏBƏRDARLIQ

578558

ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro barədə sərt açıqlama verib.

Bizim.Media xəbər verir ki, O, "CBS News" telekanalına müsahibəsində Maduronun prezident kimi sayılı günlərinin qaldığını deyib.

“Düşünürəm ki, bəli, onun sayılı günləri qalıb”, - Tramp jurnalistin sualına belə cavab verib.

O, eyni zamanda ABŞ-ın Venesuelaya hərbi zərbə endirəcəyi barədə xəbərləri nə təsdiqləyib, nə də təkzib edib. “Biz bu ölkə ilə müharibəyə gedirikmi? Mən belə düşünmürəm”, - o əlavə edib.

Qeyd edək ki, daha əvvəl Amerika mətbuatı administrasiyadakı mənbələrə istinadla ABŞ-ın Venesuela ərazisindəki bir sıra hərbi obyektlərə zərbə endirməyi planlaşdırdığını yazmışdılar. Mənbələrə görə, hədəflər arasında ordunun nəzarətində olan liman və hava limanları da var və bu obyektlərin narkotik dövriyyəsində istifadə edildiyi iddia olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO