Bazar ertəsi erkən saatlarda Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhəri yaxınlığında baş verən 6.3 maqnitudalı zəlzələ zamanı yeddi nəfər həlak olub, təxminən 150 nəfər yaralanıb.
Bizim.Media bu barədə "Reuters"ə istinadən xəbər verir.
"Bu səhərə qədər yeddi nəfər həlak olub, yaralanan 150 nəfər tibb mərkəzlərinə köçürülüb," - Məzari-Şərif yaxınlığında yerləşən Samangan əyalətinin səhiyyə departamentinin sözçüsü Samim Coyanda bildirib.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ təxminən 523 000 əhalisi olan Məzari-Şərif yaxınlığında 28 km dərinlikdə baş verib. Zəlzələ qonşu Özbəkistanda da hiss olunub.
Bizim.Media



























































































