Zaxarovadan Paşinyanın KQB ilə bağlı fikirlərinə REAKSİYA

Zaxarovadan Paşinyanın KQB ilə bağlı fikirlərinə REAKSİYA

Hazırda oxunan: Zaxarovadan Paşinyanın KQB ilə bağlı fikirlərinə REAKSİYA

578502

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, Ermənistan KQB agentləri tərəfindən formalaşdırılmış düşüncə tərzində ilişib qalıb, ondan azad olmalıdır.

Bizim Media xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Paşinyanın bu bəyanatını Telegram kanalında şərh edib.

O, Paşinyanın fikirləri ilə razılaşmayıb və Ermənistanın Türkiyə və Azərbaycana qarşı düşmən münasibətinin sovet KQB-si tərəfindən formalaşdırıldığı iddiasını təkzib edib:

“KQB 1954-cü ildə yaradılıb. Osmanlı imperiyasında “erməni soyqırımı” adlandırılan hadisələr isə 1915-ci ildə başlayıb, yəni KQB-nin yaradılmasından təxminən 40 il əvvəl”.

Xatırladaq ki, Paşinyan Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə deyib ki, qondarma erməni soyqırımı məsələsini KQB ortaya atıb: "Biz erməni "soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu".

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO