Əhməd Əl Şaraa Vaşinqtona GEDƏCƏK

Əhməd Əl Şaraa Vaşinqtona GEDƏCƏK

Hazırda oxunan: Əhməd Əl Şaraa Vaşinqtona GEDƏCƏK

578497

Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani Prezident Əhməd Əl Şaraanın noyabr ayında ABŞ-a səfər edəcəyini təsdiqləyib.

Bizim Media xəbər verir ki, bu barədə SANA agentliyi XİN rəhbərinə istinadən məlumat yayıb.

Nazir konkret tarix demədən bildirib ki, bu ay Əl Şaraanın Ağ Evə səfəri planlaşdırılır və orada Suriyanın müharibədən sonrakı yenidən qurulması ilə bağlı danışıqlar aparacaq.
 

Səfərdə həmçinin Suriyaya qarşı sanksiyaların tamamilə ləğvi məsələsinin də müzakirə olunacağı gözlənilir. XİN başçısının sözlərinə görə, sanksiyaların davam etdirilməsi üçün heç bir səbəb yoxdur.


Bundan əvvəl o, ABŞ Prezidenti Donald Trampla Ər-Riyadda, sonra isə BMT Baş Assambleyasının iclası çərçivəsində görüşüb.

Bir gün əvvəl ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tom Barrak "Axios"a bildirib ki, Əl Şaraa noyabrın 10-da Vaşinqtona səfər etməyi planlaşdırır.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO