NATO Rusiyanın mümkün hücumuna qarşı fəaliyyət planı HAZIRLADI

NATO Rusiyanın mümkün hücumuna qarşı fəaliyyət planı HAZIRLADI

Hazırda oxunan: NATO Rusiyanın mümkün hücumuna qarşı fəaliyyət planı HAZIRLADI

578411

NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı tədbirlər planı hazırlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə “Welt” məlumat yayıb.

Planın həcmi 4400 səhifədən çoxdur.

Welt nəşrinin məlumatına görə, bu təşəbbüsə “Şərq cinahında çəkindirmə xətti konsepsiyası” adı verilib. Sənəd üzərində NATO-nun Quru Qoşunlarının Ali Komandanlığının rəhbərliyi altında 32 üzv ölkə çalışıb.

Konsepsiya Alyansın şərq cinahının müdafiəsi üçün kompleks tədbirlər toplusunu nəzərdə tutur.

Bunlara döyüş bölmələrinin gücləndirilməsi, ağır texnikanın yenidən yerləşdirilməsi, dronlar və avtonom sistemlərdən istifadə, həmçinin koordinasiya və məlumat mübadiləsinin təkmilləşdirilməsi daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO