NATO Rusiya ilə müharibəyə HAZIRLAŞIR – 4400 səhifəlik ƏMƏLİYYAT PLANI

NATO Rusiya ilə müharibəyə HAZIRLAŞIR – 4400 səhifəlik ƏMƏLİYYAT PLANI

Hazırda oxunan: NATO Rusiya ilə müharibəyə HAZIRLAŞIR – 4400 səhifəlik ƏMƏLİYYAT PLANI

578338

NATO hərbçiləri və rəsmiləri arasında Rusiya ilə müharibənin qaçılmaz olduğuna dair əminlik artır.

Bizim.Media xəbər verir ki, Almaniyanın “Welt” nəşrinin yazdığına görə, Rusiya ilə qarşıdurma haqqında təkcə hərbi ekspertlər deyil, NATO daxilindəki yüksək vəzifəli şəxslər də danışır.

Alyansda ciddi narahatlıq hökm sürür.
 

“Heç kim bilmir ki, Ukraynada müharibə nə qədər davam edəcək. Amma xüsusilə Baltikyanı ölkələrdə NATO ərazisinə hücum təhlükəsi Ukrayna müharibəsi bitəndən sonra daha da artacaq” – nəşrə açıqlamasında sabiq yüksək rütbəli NATO generalı bildirib.


Eyni zamanda, NATO Rusiyada bəzi hərbi dairələrin yenidən təşkili ilə bağlı prosesdən narahatdır.

Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kaupo Rozin “Welt”ə müsahibəsində qeyd edib ki, bu islahat Rusiyanın NATO ilə sərhədlərində hərbi qüvvələrin sayını artıracaq.

Alyans üçün düşmən qüvvələrinin sərhəd yaxınlığında yerləşməsi ciddi təhlükə yaradır:

Rusiya ordusu mümkün böhran vəziyyətində sürətli hücum başlada bilər və NATO-nun cavab vermə vaxtı çox qısa olacaq.

Buna görə də alyans Rusiyanın mümkün hücumunun qarşısını almaq üçün intensiv hazırlıqlara başlayıb və gizli müdafiə planlarının həyata keçirilməsinə yönəlik işlər görülür.
 

Nəşrin məlumatına görə, NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı Kristofer T. Donahyu 9 gün əvvəl Brüsseldə 32 üzv ölkənin hərbi nümayəndələrinə 4400 səhifəlik “Şərq cinahında səngərləmə xətti konsepsiyası” adlı geniş müdafiə planını təqdim edib.


“Donahyunun konsepsiyasında pilotsuz uçuş aparatları və avtonom silahlar əsas rol oynayır.

Eyni zamanda, NATO-nun şərq sərhədləri boyunca daha ağır silahların yerləşdirilməsi və üzv ölkələrin orduları arasında məlumat mübadiləsini təmin edən şəbəkə əlaqələrinin gücləndirilməsi planlaşdırılır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO