Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (HUR), Təhlükəsizlik Xidməti (SBU) və Xarici Kəşfiyyat Xidməti Rusiya ərazisində yerləşən Kapustin Yar poliqonunda “Oreşnik” tipli orta mənzilli ballistik raketlərdən birini məhv edib.
Bizim.Media “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasıl Malyuk Prezident Volodimir Zelenski ilə keçirdiyi brifinqdə bildirib.
Malyuk sözügedən əməliyyatın ötən ilin yayında reallaşdırıldığını və bu barədə yalnız Zelenskiyə məruz edildiyini bildirib.
O qeyd edib ki, həmin dövrdə “Oreşnik”lə bağlı məlumatlar hələ Rusiya tərəfindən geniş ictimaiyyətə açıqlanmamışdı. 
 
Xatırladaq ki, “Oreşnik” Rusiyanın orta mənzilli ballistik raketidir. “Oreşnik”in maksimal uçuş məsafəsi 5500 km-dir, sürəti təxminən 12,4 min km/saat-dır. Raket 1,5 tona qədər çəkisi olan döyüş başlığını daşıya bilir.
“Oreşnik”in sınaqlarına 2023-cü ildən start verilsə də, ilk dəfə 2024-cü il noyabrın 21-də Putin Dneprdəki hərbi-sənaye kompleksinə “Oreşnik”lə zərbə endirildiyini elan edib. Bir gün sonra isə Rusiya Prezidenti “Oreşnik”in kütləvi istehsalının təşkil ediliyini bildirib. 
Bizim.Media
 
					






























































































