Rusiyalı kişi Ukraynaya casusluq etdi

Rusiyalı kişi Ukraynaya casusluq etdi

Hazırda oxunan: Rusiyalı kişi Ukraynaya casusluq etdi

577993

Vladivostok sakini Ukrayna kəşfiyyatına 155-ci müstəqil qvardiya dəniz piyada briqadasının koordinatlarını ötürdüyünə görə məhkum olunub.

Bizim.Media lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Primorye Prokurorluğu məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, həmin şəxs dövlətə xəyanətdə təqsirli bilinib və 15 il müddətinə azadlıqdan məhrum edilib. Prokurorluq istintaqın gedişindən əməliyyat görüntüləri də təqdim edib. Kadrlarda xüsusi təyinatlıların kişini qandallı halda apardıqları görünür.
 

İstintaq müəyyən edib ki, Primorye sakini 2024-cü ilin 10–23 fevral tarixləri arasında Ukrayna xüsusi xidmət orqanının tapşırığı ilə Sakit okean donanmasının hərbi hissəsi barədə məxfi məlumat toplayıb, obyektləri videoya çəkib və interaktiv xəritədə işarələyib. Məlumatlara dəniz piyadalarının yerləşmə nöqtələri, silahlanması, hərbi texnikası və xidmət obyektləri daxil olub.


O, həmçinin xüsusi hərbi əməliyyatda iştirak edən hərbçilərin şəxsi heyəti barədə məlumat hazırlayıb və bu məlumatları 2024-cü il fevralın 23-də – Rusiya Müdafiəçilər Günündə messencer vasitəsilə Ukraynaya göndərib.

Onun fəaliyyəti Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları tərəfindən Primorye diyarında aşkar edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO