Ermənistanla Türkiyə arasında sərhədin açılması və diplomatik münasibətlərin qurulması sadəcə zaman məsələsidir.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Paris Sülh Forumunun 8-ci sessiyası çərçivəsində keçirilən müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, hazırda bu prosesin qarşısını alan ciddi maneələr yoxdur.
Baş nazir bu prosesin nə vaxt baş verəcəyini deməsə də, əmin olduğunu bildirib ki, elə bir zaman gələcək ki, Ermənistan və Türkiyə siyasi və iqtisadi əməkdaşlıq quracaq, “normal qonşulara” çevriləcəklər.
“Bizim artıq sülhümüz var və bu, reallıqdır. Bu, təkcə Azərbaycanla ikitərəfli münasibətlərimizdə deyil, bütövlükdə regionumuz üçün tarixi dəyişiklikdir.
Mən əminəm ki, Ermənistan Respublikasının xalqı indiyə qədər əldə etdiyimiz nailiyyətləri və bu siyasəti dəstəkləyəcək”, — deyə Paşinyan vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:26 / 30.10.2025
Paşinyan Parisdə Türkiyə ilə diplomatik münasibətlərin qurulmasından DANIŞDI
Hazırda oxunan: Paşinyan Parisdə Türkiyə ilə diplomatik münasibətlərin qurulmasından DANIŞDI
Hazırda oxunan: Paşinyan Parisdə Türkiyə ilə diplomatik münasibətlərin qurulmasından DANIŞDI
577967
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































