Rusiya ordusu ötən gecə Ukraynanın Odessa vilayətinə PUA-larla zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Odessa vilayət administrasiyasının rəhbəri Oleq Kiper yayıb.
Onun sözlərinə görə, nəticədə enerji və nəqliyyat infrastrukturu obyektlərinə ciddi ziyan dəyib.
Hücum nəticəsində 1 nəfər xəsarət alıb.
Vilayətin bir hissəsində elektrik təchizatı müvəqqəti olaraq dayandırılıb, kritik infrastruktur obyektləri generatorlar vasitəsilə fəaliyyətini davam etdirir.
Enerji mütəxəssisləri artıq bərpa işlərinə başlayıblar.
“DTEK” şirkətinin məlumatına görə, Odessa vilayətində 26,9 min ev işıqsız qalıb.
Zədələnmələr geniş miqyaslıdır və bərpa işləri müəyyən vaxt aparacaq.
Alınan son məlumata görə, artıq 7 min ailəyə elektrik enerjisi verilməsi bərpa olunub.

Bizim.Media






























































































