ABŞ prezidenti Donald Tramp ABŞ-ın İkinci Dünya müharibəsi zamanı Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombalarını ölkələr arasında “kiçik bir münaqişə” kimi xarakterizə edib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
“Yaponiya ilə münasibətlərimiz bu illər ərzində yaxın olub. Maraqlıdır ki, Yaponiya ilə aramızda kiçik bir münaqişə baş vermişdi. Ola bilsin, siz bunun haqqında eşitmisiniz”, – deyə Amerika lideri bildirib.
Ağ Ev rəhbəri qeyd edib ki, bu “dəhşətli hadisələrə” baxmayaraq, zamanla ABŞ və Yaponiya arasında münasibətlər tərəfdaşlıq və dostluq xarakteri alıb.
İyul ayında Xirosimanın meri Kadzumi Matsui Trampın Yaponiyaya qarşı nüvə zərbələrini ABŞ-ın İrana endirdiyi zərbələrlə müqayisə etməsini qınamışdı.
“Mən düşünmürəm ki, o, atom bombası tətbiqinin dost və düşmən arasında fərq qoymadan insan həyatını məhv etdiyini və bunun bəşəriyyətin mövcudluğuna təsir etdiyini dərk edir”, – deyə siyasətçi qeyd etmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:41 / 28.10.2025
Tramp Yaponiyaya atılan atom bombalarını ölkələr arasında “kiçik bir münaqişə” ADLANDIRDI
Hazırda oxunan: Tramp Yaponiyaya atılan atom bombalarını ölkələr arasında “kiçik bir münaqişə” ADLANDIRDI
Hazırda oxunan: Tramp Yaponiyaya atılan atom bombalarını ölkələr arasında “kiçik bir münaqişə” ADLANDIRDI
577682
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































