Lavrov: “Əvvəl deyirdilər ki, Rusiya məğlub edilməlidir, indi isə…”

Lavrov: “Əvvəl deyirdilər ki, Rusiya məğlub edilməlidir, indi isə…”

Hazırda oxunan: Lavrov: “Əvvəl deyirdilər ki, Rusiya məğlub edilməlidir, indi isə…”

577385

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ağ Ev Rusiya-Ukrayna münaqişəsinin həlli məsələsində ritorikasını “kəskin şəkildə” dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə Lavrov Macarıstanın Ultrahang adlı YouTube kanalına müsahibəsində danışıb.
 

Onun sözlərinə görə, əvvəlcə ABŞ administrasiyası döyüşlərin dayandırılması məsələsinə daha ehtiyatlı və mərhələli yanaşırdı, indi isə mümkün qədər tez atəşkəsin əldə olunmasının tərəfdarıdır. Lavrov hesab edir ki, bu dəyişiklik guya Avropanın təzyiqi nəticəsində baş verib.


“Əvvəl deyirdilər ki, döyüşlər dayandırılmamalı, Rusiya məğlub edilməlidir... Sonra, təxminən yaz aylarında, heç bir ilkin şərt qoymadan dərhal atəşkəs çağırışlarına başladılar. Və bu günə qədər də eyni mahnını oxuyurlar. Rütte, Makron... Avropalılar nə yatır, nə yeyir? Onlar ABŞ administrasiyasının əl-qolunu burmağa çalışırlar”, deyə o vurğulayıb. 

Nazirin fikrincə, Ağ Ev “Avropadakı şahinlər”, Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya ilə ABŞ-ın əməkdaşlığını istəməyən dairələrin “böyük, inanılmaz təzyiqi” altındadır.

Lavrov əlavə edib ki, Moskva bu daxili müzakirələrə qarışmaq istəmir.

Xatırladaq ki, fevral ayında Sergey Lavrov bəyan etmişdi ki, Rusiya Ukrayna ilə təmas xətti boyunca münaqişənin “dondurulması” variantını nəzərdən keçirmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO