Braziliya Prezidenti Trampla danışıqlardan razı qaldı

Braziliya Prezidenti Trampla danışıqlardan razı qaldı

Hazırda oxunan: Braziliya Prezidenti Trampla danışıqlardan razı qaldı

577330

Braziliya Prezidenti Luis İnasio Lula da Silva bildirib ki, ABŞ Prezidenti Donald Trampla görüşləri yaxşı keçib və tərəflər ticarət sahəsindəki mübahisəli məsələlərin müzakirəsinə başlamağa razılıq veriblər.

Bizim.Media xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.

“Bazar günü Malayziyada Prezident Trampla əla görüş keçirdim. Biz ikitərəfli ticarət və iqtisadi məsələləri dürüst və konstruktiv şəkildə müzakirə etdik”, deyə o bildirib.

Lula da Silva qeyd edib ki, ABŞ və Braziliya razılaşıblar ki, danışıqlar qrupları dərhal görüşlərə başlayacaq və gömrük rüsumları, eləcə də Braziliya hökumətinə qarşı tətbiq olunan sanksiyalar məsələlərində həll yolu tapılacaq.

Xatırladaq ki, əvvəllər Tramp Braziliyaya qarşı 50% rüsum tətbiq etmişdi. O, bunu əsasən Braziliya hökumətinin keçmiş Prezident Jair Bolsonarunun işlərinə məhkəmədə baxılmasının dayandırılmasını rədd etməsi ilə izah etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO