Rusiya prezidenti Vladimir Putinin hakimiyyətinfə artmaqda olan zəiflik hissi özünü birbaşa birüzə verir.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın The Telegraph nəşri yazıb.
Nəşr qeyd edir, bu, Kremlin daxilində uğursuz çevriliş ehtimalına qarşı dərin qorxunun formalaşdığını göstərir.
Yazıda bildirilir ki, FTX (Rusiya Federal Təhlükəsizlik Xidməti) yaxın günlərdə Rusiya Antihərb Komitəsinin üzvlərini “dövlət çevrilişinə hazırlaşmaqda və zorakı yolla hakimiyyəti ələ keçirməkdə” ittiham edib. Analitiklərin fikrincə, bu, Kreml tərəfindən yeni qorxu dalğasının əlamətidir.
ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst bildirib:
“Kreml qorxu içindədir. Putin öz rejimini gücləndirmək üçün daim düşmən axtarır.”
Ekspertlər hesab edirlər ki, Moskva müxalifəti gözdən salmaq və ictimai rəyə “Qərb Rusiyanı parçalamağa çalışır” fikrini yeritmək istəyir. Bu, adətən daxili qeyri-sabitlik dövrlərində istifadə olunan klassik Kremlin taktikası kimi qiymətləndirilir.
The Telegraph həmçinin qeyd edir ki, Rusiya iqtisadiyyatı zəifləyib və ölkə Çindən asılı vəziyyətə düşüb. Müxalifət nümayəndələrindən biri nəşrə açıqlamasında deyib: “Si Cinpin istəsə, həm müharibəni dayandıra, həm də Rusiya iqtisadiyyatını çökdürə bilər.”
Qəzet xatırladır ki, bu qorxular əsassız deyil. 2023-cü ildə “Vaqner” hərbi şirkətinin qiyamı rejimin dayanıqlığının nə qədər kövrək olduğunu açıq şəkildə göstərmişdi. Həmin hadisə uğursuzluqla nəticələnsə də, Putin hakimiyyətinin sabitliyinə ciddi zərbə vurmuşdu.
The Telegraph belə nəticəyə gəlir ki, Kreml daxilindəki paranoya və sərt nəzarət cəhdləri əslində rejimin öz gücünə olan inamın azalmasından qaynaqlanır və bu, yaxın illərdə Rusiya siyasətində daha dərin böhranların başlanğıcı ola bilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:51 / 26.10.2025
Putin hakimiyyətinin zəifliyi dövlət çevrilişi qorxusunu gücləndirir - “The Telegraph”
Hazırda oxunan: Putin hakimiyyətinin zəifliyi dövlət çevrilişi qorxusunu gücləndirir - “The Telegraph”
Hazırda oxunan: Putin hakimiyyətinin zəifliyi dövlət çevrilişi qorxusunu gücləndirir - “The Telegraph”
577300
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































