Baydeni sui-qəsdlə hədələyən şəxs həbs edildi

Baydeni sui-qəsdlə hədələyən şəxs həbs edildi

Hazırda oxunan: Baydeni sui-qəsdlə hədələyən şəxs həbs edildi

57718

Kanzas sakini Skot Meriman ABŞ prezidenti Co Baydeni sui-qəsdlə hədələməkdə ittiham olunaraq saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Daily Beast” nəşri məhkəmə sənədlərinə istinadla məlumat yayıb. 

Nəşrin məlumatına görə, Skot Meriman bildirib ki, Tanrı ona Vaşinqona getməyi və “millətin ürəyindəki ilanın başını kəsməyi” əmr edib. Meriman daha əvvəl özünü “facebook” hesabından yazdığı statuslarda Baydenə qarşı təhdid dolu fikirlərdən istifadə edərək bir sıra paylaşımlar edib. 

Qeyd edək ki, ABŞ Məxfi Xidmət əməkdaşları Merimanı çərşənbə günü Kanzasdan Merilendə gedərkən restoranın dayanacağında saxlayıblar.

Onun üzərindən silah və hədəfləri müşahidə etmək üçün optik boru aşkar edilib. Mənbə yanvarın 28-də Merimana qarşı cinayət işinin açıldığını qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO