Tibbdə İNQİLAB: Görməni bərpa edən implant ixtira edildi

Tibbdə İNQİLAB: Görməni bərpa edən implant ixtira edildi

Hazırda oxunan: Tibbdə İNQİLAB: Görməni bərpa edən implant ixtira edildi

576699

Alimlər vizual məlumatı, beynə ötürülən elektrik siqnallarına çevirərək gözün torlu qişasında ciddi problemi olan insanlarda görmə qabiliyyətini bərpa etməyə imkan verən innovativ göz implantını təqdim ediblər.

Bizim.Media xəbər verir ki, sistem xüsusi eynəyə yerləşdirilmiş kameradan ibarətdir.
 

Kamera görüntünü çəkərək naqilsiz implant vasitəsilə ötürür. İmplant isə şəkli siqnallara çevirir və beyin bu siqnalları vizual məlumat kimi qəbul edir. Bu barədə Financial Times məlumat yayıb.


Klinik sınaqlarda torlu qişanın yaşa bağlı degenerasiyasından əziyyət çəkən pasiyentlərin 80 faizindən çoxunda görmənin nəzərəçarpacaq dərəcədə yaxşılaşdığı müşahidə olunub. Bəzi iştirakçılar hətta adi mətni oxuya biliblər — bu isə əvvəllər mümkünsüz sayılırdı.

“Bu, görməni bərpa etməyə yönəlmiş cəhdlər arasında bu sayda pasiyentdə belə nəticə verən ilk haldır,” – tədqiqatçılardan biri bildirib.

Layihəni ABŞ-nin “Science Corporation” şirkəti maliyyələşdirib. Şirkət artıq bu texnologiyanın ABŞ və Avropada klinik istifadəsinə icazə almaq üçün müraciət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO