Moskvanın sərt mövqeyi DƏYİŞMİR - Putinlə Trampın görüşü təxirə salındı

Moskvanın sərt mövqeyi DƏYİŞMİR - Putinlə Trampın görüşü təxirə salındı

Hazırda oxunan: Moskvanın sərt mövqeyi DƏYİŞMİR - Putinlə Trampın görüşü təxirə salındı

576353

ABŞ dövlət katibi Marko Rubio bu həftə Rusiya xarici işlər naziri Sergey Lavrovla yenidən telefon danışığı apara bilər.

Bizim.Media CNN-ə istinadən xəbər verir ki, söhbət Vladimir Putin və Donald Tramp arasında mümkün görüşün təşkilindən gedir, lakin görüş hələlik təxirə salınıb.

ABŞ Dövlət Departamentinin məlumatına əsasən, bazar ertəsi Rubio və Lavrov arasında telefon danışığı baş tutub və tərəflər ötən həftə iki prezident arasında baş vermiş danışıqların nəticələrinə əsaslanaraq “növbəti addımlar”ı müzakirə ediblər. Dövlət katibi qeyd edib ki, qarşıda planlaşdırılan görüşlər Moskva və Vaşinqton üçün Rusiya–Ukrayna münaqişəsinin Trampın baxışına uyğun şəkildə uzunmüddətli nizamlanmasına yönəlmiş əməkdaşlıq imkanı yaradır.
 

Kreml isə telefon danışığını “konstruktiv müzakirə” kimi səciyyələndirib. Bildirilib ki, söhbət zamanı Tramp və Putin arasında keçirilmiş telefon danışığında əldə olunan razılaşmaların həyata keçirilməsi üçün “mümkün konkret addımlar” müzakirə olunub.


Bununla belə, CNN-ə danışan mənbənin sözlərinə görə, Rubio ilə Lavrovun telefon danışığından sonra ABŞ rəsmiləri hesab ediblər ki, Moskvanın mövqeyi hələ də əvvəlki sərt xəttindən uzaqlaşmayıb. Mənbə əlavə edib ki, Dövlət katibi yaxın həftə Tramp və Putin arasında görüş keçirilməsini tövsiyə etməyəcək, lakin Rubio və Lavrov bu həftə yenidən əlaqə saxlaya bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO