Luvr muzeyi qarətdən sonra fəaliyyətini bərpa etdi

Luvr muzeyi qarətdən sonra fəaliyyətini bərpa etdi

Hazırda oxunan: Luvr muzeyi qarətdən sonra fəaliyyətini bərpa etdi

576218

Parisin məşhur Luvr muzeyi oktyabrın 19-da baş verən “əsrin soyğunundan” sonra fəaliyyətini bərpa edib.

Bizim.Media xəbər verir ki, BFMTV telekanalı bu barədə muzeyin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Məlumata görə, muzeyin bəzi bölmələri hələlik ziyarətçilərə bağlı qalacaq.
 

Qeyd edək ki, oktyabrın 19-da “Luvr” muzeyində törədilən qarət zamanı “Fransa taxtının inciləri” saxlanılan qalereyadan səkkiz ədəd zinət əşyası oğurlanıb. Soyğunçular hadisə yerindən qaçmağı bacarıblar.


Fransa Prezidenti Emmanuel Makron muzeydəki dəyərli eksponatların tapılacağına və “günahkarların məhkəmə qarşısına çıxarılacağına” əminliyini ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO