Fransada naməlum şəxslər Luvr muzeyinə girərək imperator Napoleonun kolleksiyasından 9 əşya oğurlayıblar.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Le Parisien” yayıb.
Məlumata görə, hazırda təmir işləri aparılan məşhur muzeyə üç oğru daxil olub. Onlar Apollon Qalereyasına girmək üçün yük liftindən istifadə edib, pəncərəni sındırıb və içəri giriblər. Onlar boyunbağı, broş və bir neçə başqa əşya da daxil olmaqla doqquz zinət əşyası oğurlayıblar.
Fransanın mədəniyyət naziri Raşida Dati hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib. Muzey ziyarətçilər üçün bağlıdır.
Bizim.Media