Əgər Rusiya səhvə yol verib hansısa NATO üzvünə hücum etsə, üçüncü dünya müharibəsi olacaq.
Bizim.Media xəbər verir ki, bunu NATO-dakı yüksək rütbəli mənbə (həmin mənbə Avropa İttifaqına üzv olan ölkəni Brüsseldə təmsil edir) EURACTIV portalına bildirib.
O qeyd edib ki, ancaq prezident Vladimir Putin nə baş verəcəyini bilir, hətta Kreml rəhbərliyində də onun planlarının nədən ibarət olduğu barədə aydın təsəvvürə malik deyillər.
Mənbə əlavə edib ki, Qərb “bir az da Ukraynanın qulağını dartsaydı pis olmazdı”, çünki Kiyevdə bir çoxları lüzumsuz təxribatlara əl atırlar. “Ukraynada da problemlər var, hakimiyyətdə, əsasən orduda”, - mənbə deyib.
Yüksək rütbəli NATO rəsmisi onu da bildirib ki, indiki situasiyada Rusiyanın Ukraynaya hərbi müdaxilə planlaşdırdığına əmin deyil.
“Ukrayna kimi böyük və bu cür silahlı qüvvələrə malik olan ölkəyə müdaxilə üçün indi sərhəddə cəmləşdiriləndən fərqli hərbi imkanlar lazımdır”, - o deyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:43 / 28.01.2022
Rusiya hər hansı NATO üzvünə hücum etsə, üçüncü dünya müharibəsi olacaq – İDDİA
Hazırda oxunan: Rusiya hər hansı NATO üzvünə hücum etsə, üçüncü dünya müharibəsi olacaq – İDDİA
Hazırda oxunan: Rusiya hər hansı NATO üzvünə hücum etsə, üçüncü dünya müharibəsi olacaq – İDDİA
57607
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.