Tokayevdən oliqarxlara XƏBƏRDARLIQ: “Dövlət bunun üçün bütün səlahiyyətlərə malikdir”

Tokayevdən oliqarxlara XƏBƏRDARLIQ: “Dövlət bunun üçün bütün səlahiyyətlərə malikdir”

Hazırda oxunan: Tokayevdən oliqarxlara XƏBƏRDARLIQ: “Dövlət bunun üçün bütün səlahiyyətlərə malikdir”

57606

Qazaxıstanda bir sıra iş adamları prezidentin “Qazaxıstan Xalqına” adlı yeni xeyriyyə fonduna pul köçürmək çağırışına məhəl qoymurlar.  

Bizim.Media “Fergana News”a istinadən xəbər verir ki, bunu dövlət başçısı Kasım-Jomart Tokayev hakim Nur Otan Partiyasının XXI qurultayında deyib.

“Eyni zamanda, oliqopoliyanın tərkib hissəsi olan və hətta onun təcəssümü olan bəzi tanınmış iş adamları dövlət başçısının təşəbbüsü ilə keçirilən xeyriyyə aksiyasında iştirak etməyə tələsmirlər. Bu nədir: xəsislik, nihilizm, tənbəllik, yoxsa etinasızlıq?” – deyə Tokayev soruşub.

Prezident vurğulayıb ki, dövlət bu suala tam cavab almaq üçün bütün səlahiyyətlərə malikdir. 

Mən öz növbəmdə böyük biznesin xeyriyyəçilik prosesini tənzimləyən xüsusi fərman verməyi planlaşdırıram”, - deyə o əlavə edib. 

Bundan əvvəl, Tokayev yanvarın 21-də iş adamları ilə görüşündə Qazaxıstanda oliqopoliyanın - biznesin bir əldə nəhəng cəmləşməsinin mövcudluğundan danışıb.  

Qeyd edək ki, Yanvarın 11-də Tokayev Məclisdəki çıxışı zamanı şirkətlərin və sahibkarların mütəmadi olaraq töhfə verməli olduğu “Qazaxıstan Xalqına” ictimai sosial fondunun yaradılmasını elan edib.
Fəaliyyətə başladığı vaxtdan indiyə kimi fonda Qazaxıstan rəsmilərindən və sahibkarlardan milyardlarla təngə daxil olub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO