“Putin Trampa Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu deyib” - Uşakov

“Putin Trampa Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu deyib” - Uşakov

Hazırda oxunan: “Putin Trampa Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu deyib” - Uşakov

575696

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığının təfərrüatlarını açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Putinlə Trampın telefon danışığı BAŞA ÇATDI - YENİLƏNİB


Bizim.Media xəbər verir ki, Uşakov danışıqların təxminən iki saat yarım davam etdiyini bildirib.

“Danışıqlar çox məzmunlu xarakter daşıyıb və olduqca səmimi keçib. Xüsusi diqqət Ukrayna böhranına yönəlib. Rusiya prezidenti vəziyyəti qiymətləndirib və Moskvanın siyasi-diplomatik yolla sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb”.

Uşakovun sözlərinə əsasən, Putin qeyd edib ki, Rusiya strateji təşəbbüsə malikdir, Kiyev rejimi isə terror metodlarına əl atır və Rusiya buna cavab verməyə məcbur olur:


“Tramp isə dəfələrlə Ukraynada sülhün tezliklə bərqərar olmasının vacibliyini vurğulayıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO