Qəzza zolağında sülhməramlı missiyanın icrasında iştirak üçün əsas namizədlər İndoneziya, Azərbaycan və Pakistandır.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin adı açıqlanmayan yüksəkvəzifəli nümayəndəsinə və keçmiş müdafiə rəsmisinə istinadən “Politico” yayıb.
Məlumata görə, Qəzzada vəziyyətin stabilləşməsində iştirak edəcək bu qüvvələrin formalaşdırılması haqqında danışıqlar gedir və hələlik heç bir ölkə qəti vəd verməyib. Bildirilib ki, İndoneziya, Azərbaycan və Pakistan Qəzzada sabitliyin təmin edilməsi missiyasında iştiraka ən çox maraq göstərən ölkələrdir.
Mənbə deyib ki, ABŞ Prezidenti Donald Trampın 20 maddəlik planına uyğun olaraq, ABŞ bölgəyə müvəqqəti stabilləşdirici qüvvələr göndərəcək və bu qüvvələr Fələstində polislərə təlimlər keçəcək. Heç bir ABŞ hərbi qüvvəsi Qəzzada olmayacaq.
Qeyd edək ki, Qəzzada atəşkəslə bağlı İsrail və HAMAS arasında razılaşma əldə olunub. Razılaşma çərçivəsində girov və məhbus mübadiləsi baş tutub.
Lakin İsrail HAMAS-ın bütün israilli girovların meyitlərini təhvil verməyəcəyi təqdirdə, atəşkəsin davamlı olmayacağı barədə xəbərdarlıq edib.
Bizim.Media