Qəzza zolağının yenidən qurulması üçün ABŞ-ın rəhbərlik etdiyi koordinasiya mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə ABC telekanalı iki ABŞ rəsmisinə istinadən məlumat verib.
“İsraildə yerləşən və Qəzza zolağında atəşkəs razılaşmasına nəzarətdən məsul olan ABŞ-ın rəhbərlik etdiyi koordinasiya mərkəzinin yaxın günlərdə fəaliyyətə başlayacağı gözlənilir”, - telekanal açıqlayıb.
ABC qeyd edir ki, mərkəzə kimliyi hələlik açıqlanmayan ABŞ generalının rəhbərlik edəcəyi gözlənilir.
Bizim.Media