Pakistan və Taliban 48 saatlıq atəşkəs barədə razılığa gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Pakistan Xarici İşlər Nazirliyi yayıb.
Mənbə qeyd edirb ki, Talibanın müraciəti əsasında tərəflər bu gün saat 18:00-dan (Bakı vaxtı ilə 17:00-dan) etibarən 48 saat müddətinə müvəqqəti atəşkəs elan ediblər.
Nazirlik əlavə edib ki, bu müddət ərzində hər iki tərəf mövcud, lakin həll edilə bilən mürəkkəb məsələlərə müsbət və dayanıqlı həll yolları tapmaq üçün konstruktiv dialoq aparacaq.
Bizim.Media