93 yaşlı həkim yenə ata olacaq - FOTO

93 yaşlı həkim yenə ata olacaq - FOTO

Hazırda oxunan: 93 yaşlı həkim yenə ata olacaq - FOTO

575262

Avstraliyalı 93 yaşlı həkim Con Levin yenidən ata olmağı və həyat yoldaşı, 37 yaşlı Dr. Yanin Lu ilə ikinci uşaq sahibi olmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə “dailymail.co.uk” nəşri yazıb.

Melburn sakini Levin ötən ilin fevralında oğlu Qebbini surroqat ana və donor sperması vasitəsilə dünyaya gətirib. O, 57 illik birinci nikahında üç uşaq sahibi olub, həyat yoldaşı 2013-cü ildə vəfat edib. Levin 2014-cü ildə çin dili öyrənərkən tanış olduğu müəllimi Yanin Lu ilə evlənib.

93 yaşlı həkim bildirib ki, oğlu Qebbiyə yetkinlik yaşına qədər dəstək olmağı hədəfləyir və onun 21 yaşını görmək istəyir. Həyat yoldaşı isə pandemiya dövründə ana olmağa qərar verdiyini deyib.

Cütlük indi qız uşağı istədiklərini bildirərək yenidən İVF (süni mayalanma) prosesinə başlayıblar.

Dr. Lu, ərindən 56 yaş kiçik olması ilə bağlı “qızıl ovçusu” (gold-digger) iddialarını rədd edərək Levinlə tanış olanda onun müflis olduğunu, münasibətlərinin sevgi üzərində qurulduğunu deyib.

Levin birinci nikahından üç övlad, on nəvə və bir nəticə sahibidir. O, 30 ildir insan böyümə hormonu inyeksiyası edir, vegetarian pəhriz saxlayır, siqaret və alkoqoldan uzaq durur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO