“Facebook”da YENİ FUNKSİYA - Mesajlarınızı “skrin” edənlərdən xəbəriniz olacaq

“Facebook”da YENİ FUNKSİYA - Mesajlarınızı “skrin” edənlərdən xəbəriniz olacaq

Hazırda oxunan: “Facebook”da YENİ FUNKSİYA - Mesajlarınızı “skrin” edənlərdən xəbəriniz olacaq

57490

“Facebook” istifadəçilərə yoxa çıxan mesajların skrinşotları barədə xəbərdarlıq edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “Meta” şirkətinin rəhbəri Mark Zukerberq sosial şəbəkə hesabından məlumat verib. 

Belə ki, bundan sonra “Messenger” istifadəçiləri qarşı tərəfin yoxa çıxan mesajının skrinşotunu çəkdiyi təqdirdə bildiriş alacaqlar. 

O əlavə edib ki, artıq bu çatlarda GIF-lərdən, stikerlərdən istifadə etmək və mesajlara reaksiyalar göndərmək də mümkün olacaq. 

Qeyd edək ki, messencerdə yoxa çıxan mesajlar yalnız çarpaz şifrəli mesajlaşmalarda mövcuddur. Mesajları yoxa çıxan etmək üçün gizli yazışmalara keçid etmək lazımdır. 
Xatırladaq ki, “Facebook” (Meta) yoxa çıxan mesajları ilk dəfə 2020-ci ilin noyabrında həm “Messenger”, həm də “Instagram”da təqdim edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO