“Yaponiya hökuməti bakılı Sovet kəşfiyyatçısı Rixard Zorgenin qalıqlarının yenidən dəfn edilməsi ilə bağlı Rusiyadan sorğu almayıb”.
Bizim.Media “Gazeta”ya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Rusiyadakı səfirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Əfsanəvi bakılı kəşfiyyatçının qalıqları Yaponiyadan gətirilə bilər – Lavrov
Diplomatik nümayəndəliyin cavabında bildirilir ki, hazırda Yaponiya hökumətinə Rusiya tərəfdən əfsanəvi sovet kəşfiyyatçısı, bakılı Rixard Zorgenin qalıqlarının təhvil verilməsi ilə bağlı heç bir təklif daxil olmayıb.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Rixard Zorgenin yenidən dəfn edilməsi məsələsi ilə məşğul olduğunu bildirmişdi.
Onun sözlərinə görə, kəşfiyyatçının külünün Kuril silsiləsinin cənubunda basdırılması təklifi var.
Bizim.Media