ABŞ \

ABŞ \"Moderna\"nın peyvəndini istifadə edəcək

Hazırda oxunan: ABŞ \"Moderna\"nın peyvəndini istifadə edəcək

5684

ABŞ administrasiyası "Moderna” kompaniyasının hazırladığı koronavirus əleyhinə vaksinin paylanmasına başlayır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün tvitter səhifəsində yazıb.

"Moderna” kompaniyasının vaksini böyük səs çoxluğu ilə təsdiq olunub. Ləngimədən preparatın paylanmasına başlanacaq”, - deyə Donald Tramp bildirib. O əlavə edib ki, Avropa və dünyanın digər dövlətləri, xüsusən Almaniya, Fransa, İspaniya və İtaliya virusundan ciddi zərər çəkib. Vaksin artıq yoldadır.

Qeyd edək ki, bir qədər öncə ABŞ-ın qida məhsullarının və tibbi preparatların keyfiyyətinə sanitar nəzarət üzrə idarəsinin (FDA) ekspertlər qrupu "Moderna” kompaniyasının hazırladığı vaksinin təcili istifadəsinə icazə verilməsini tövsiyə edib.

"Bloomberg” agentliyinin məlumatına əsasən, 20 ekspert peyvəndin tətbiqinə səs verib, bir nəfər bitərəf qalıb, əleyhinə çıxan olmayıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO