Qəbirstanlıqda qadını diri-diri basdırdılar

Qəbirstanlıqda qadını diri-diri basdırdılar

Hazırda oxunan: Qəbirstanlıqda qadını diri-diri basdırdılar

56516
Yunanıstanda Salonik yaxınlığında qəbirstanlıqda 45 yaşlı yerli sakini diri-diri dəfn ediblər.

ANS PRESS-in məlumatına görə, bu haqda “ВВС News” xəbər yayıb.

Xəbərə görə, dəfn mərasimi xərçəngdən ölmüş qadın üçün keçirilib. Onu müalicə edən həkim ölüm faktını rəsmən təsdiq edib. Qadını dəfn etdikdən sonra qohumlar qəbirstanlığı tərk edib. Qəbirstanlığda qalmış bəzi insanlar isə qəbirdən qadın qışqırığı eşidiblər.

Bu isə ordakı insanları təlaşa salıb. İnsanlar qəbiri qazmağa başlayıblar. Amma onlar tabutu açanda görüblər ki, qadın artıq keçinib.

Hadisə yerinə gələn həkim bildirib ki, dəfn edilərkən tabutda olan qadın sağ olub. Qadın hava çatışmazlığından keçinib. Qadının ailəsi onu müalicə edən həkimi məhkəməyə verməyə hazırlaşır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO