Hindistanın Andhra Pradeş ştatının Valasapalli kəndində Makara Sankranti festivalı zamanı bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, sərxoş kişi dostunu keçi ilə səhv salıb və onun başını kəsib.
Yanvarın 16-da günəş tanrısı Suryaya həsr olunmuş hindu festivalı zamanı Çalapati adlı şəxs qurban kəsməli idi.
Polisin məlumatına görə, hindistanlı çox sərxoş olub və qolu ilə tutduğu dostunu keçi zənn edərək tanrı yolunda qurban əvəzinə onun boğazını kəsib.
35 yaşlı Süreş adlı kənd sakini təcili olaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Süreş aldığı xəsarətlərdən və qan itkisindən dünyasını dəyişib. (Lent.az)
Bizim.Media
- A-
- A
- A+
Dünya
06:24 / 20.01.2022
Sərxoş kişi dostunu keçi zənn edərək QURBAN KƏSDİ
Hazırda oxunan: Sərxoş kişi dostunu keçi zənn edərək QURBAN KƏSDİ
Hazırda oxunan: Sərxoş kişi dostunu keçi zənn edərək QURBAN KƏSDİ
56250
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.