İran yeraltı nüvə obyekti inşa edir

İran yeraltı nüvə obyekti inşa edir

Hazırda oxunan: İran yeraltı nüvə obyekti inşa edir

5613

İran Fordoda yeraltı nüvə obyektinin inşasına başlayıb.

Bizim.Media-nın məlumatına görə, bunu Associated Press aldığı peyk şəkillərinə istinadən xəbər verib.

Agentliyin məlumatına görə, inşaata sentyabr ayının sonunda başlanılıb. ''Maxar Technologies''dən alınan görüntülər tikintinin ərazinin şimal-qərb hissəsində, Qum şəhəri yaxınlığında, Tehranın təxminən 90 kilometr cənub-qərbində aparıldığını göstərir.

Agentlik əlavə edib ki, qurğu Fordodakı digər köməkçi və tədqiqat binalarına bitişikdir.

Qeyd edilib ki, Fordodakı bu obyektdə nüvə anlaşmasına uyğun olaraq, tibbi məqsədlər üçün santrifüq kaskadlarının dəyişdirilməsi planlaşdırıldı. Ancaq İran müqavilənin bir sıra müddəalarından imtina edərək, bunu uranın zənginləşdirilməsi üçün yönəldib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO