Lavrovla Blinken arasında gərgin müzakirə: ABŞ xəbərdarlıq etdi

Hazırda oxunan: Lavrovla Blinken arasında gərgin müzakirə: ABŞ xəbərdarlıq etdi

56024

ABŞ dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, tərəflər Cenevrədə keçirilən Strateji Sabitlik Dialoqu, Brüsseldəki NATO-Rusiya Şurası və Vyanda ATƏT-in Daimi Şurasının iclaslarının yekunlarını müzakirə ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Lavrov Almaniya nümayəndə heyətini amerikalılarla səhv saldı – VİDEO


ABŞ dövlət katibi Rusiya ordusunun Ukrayna sərhədləri yaxınlığında olması fonunda gərginliyi azaltmaq üçün diplomatik yolun davam etdirilməsinin vacibliyini vurğulayıb.

Entoni Blinken ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı sarsılmaz öhdəliyini təkrar edib və vurğulayıb ki, Avropanın təhlükəsizliyi ilə bağlı istənilən müzakirədə NATO müttəfiqləri və Avropadan tərəfdaşlar, həmçinin Ukrayna iştirak etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO