ATƏT-in sədri: “Azərbaycan Prezidentinin ictimai bəyanatlarına münasibət bildirə bilmərəm”

ATƏT-in sədri: “Azərbaycan Prezidentinin ictimai bəyanatlarına münasibət bildirə bilmərəm”

Hazırda oxunan: ATƏT-in sədri: “Azərbaycan Prezidentinin ictimai bəyanatlarına münasibət bildirə bilmərəm”

55947

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə Azərbaycan televiziyalarına müsahibəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik işindən danışıb: “ATƏT-in Minsk Qrupunun nə işlə məşğul olduğu barədə məlumatım yoxdur.

Hesab edirəm ki, indi onlar yubiley tədbirlərinə hazırlaşırlar. Bildiyiniz kimi, Minsk Qrupu 1992-ci ildə yaradılıb və bu il 30 ili tamam olur”.  

Azərbaycan lideri bəyan edib ki, həmsədrlər artıq Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdır, çünki problem artıq həll olunub.

ATƏT-in sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau mövzu ilə bağlı danışıb.  

Bizim.Media “Armenpress” nəşrinə istinadən xəbər verir ki, o, Azərbaycan Prezidentinin ictimai bəyanatlarına münasibət bildirə bilməyəcəyini deyib.

“Lakin ATƏT-in Minsk Qrupunun həmsədrlərinə və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə qeyd-şərtsiz dəstək və minnətdarlığımızı təsdiq edirik”. ATƏT-in bəyanatında belə deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO