Meksikada kriminal xronikadan yazan jurnalist öldürüldü

Meksikada kriminal xronikadan yazan jurnalist öldürüldü

Hazırda oxunan: Meksikada kriminal xronikadan yazan jurnalist öldürüldü

55895

Meksikanın Tijuana şəhərində jurnalist Marqarito Martinez Eskivel evinin qarşısında güllələnib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı onun çalışdığı “Cadena Noticias” nəşri yayıb.

“Polis xronikasının müxbiri Esquivel bu səhər evindən çıxarkən öldürüldü. Polis araşdırmaya başlayıb, lakin hələlik məsələ ilə bağlı rəsmi mövqe yoxdur”. Nəşr  mərhumun həyat yoldaşına istinadən yazıb.

RİA Novosti qeyd edir ki, Martinez regional cinayətlər mövzusunda ixtisaslaşmış müəllif və fotoqraf kimi yerli və beynəlxalq nəşrlərlə əməkdaşlıq edib.

Xatırladaq ki, 2021-ci ildə Meksikada yeddi jurnalist öldürülüb. Bu da dünya ölkələri arasında ən yüksək rəqəmdir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO