ABŞ və Avropa ölkələri Rusiyanı SWIFT-dən çıxarmağı düşünmürlər

ABŞ və Avropa ölkələri Rusiyanı SWIFT-dən çıxarmağı düşünmürlər

Hazırda oxunan: ABŞ və Avropa ölkələri Rusiyanı SWIFT-dən çıxarmağı düşünmürlər

55852

ABŞ və Avropa İttifaqı (Aİ) Rusiyanı SWIFT-dən çıxarmaq məsələsini nəzərdən keçirmir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ hökumətindəki mənbələrə istinadən "Handelsblatt" qəzeti məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ dövlət katibi Rusiyanı hədələdi: “Ukraynaya müdaxilə etsə...”


Alman qəzeti yazır ki, Rusiyanın SWIFT sistemindən kənarda qalması qısa müddətdə maliyyə bazarlarında sabitliyin pozulmasına, orta müddətli perspektivdə isə artıq Qərb ölkələrinin hökmranlığı olmayan alternativ ödəniş infrastrukturunun yaradılmasına töhfə verə bilər.

"Bunun əvəzində Rusiyanın böyük banklarına qarşı fərdi sanksiyaların tətbiq edilməsi nəzərdən keçirilir", - deyə qəzet yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO