Rusiya Aerokosmik Qüvvələrinin 20 təyyarəsi KTMT qüvvələrinin sülhməramlıları ilə birlikdə Qazaxıstandan Moskva vilayətindəki Çkalovski aerodromuna qayıdıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının 20 təyyarəsi (iki An-124 Ruslan təyyarəsi və 18 İl-76 təyyarəsi) KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin Rusiya sülhməramlıları ilə birlikdə Qazaxıstandan Moskva yaxınlığındakı Çkalovski aerodromuna gəlib”, bəyanatda deyilir.
MÖVZU İLƏ BAĞLI:
Qazaxıstanın bu bölgələrində antiterror əməliyyatı başa çatdı – SİYAHI
Qeyd olunur ki, hərbçilər silah-sursat və hərbi texnikanı boşaldıb və daimi dislokasiya məntəqəsinə yürüş ediblər.
Bundan əvvəl KTMT-nin baş katibi Stanislav Zas bildirmişdi ki, KTMT-nin kollektiv qüvvələrinin sülhməramlı kontingenti yanvarın 19-dək Qazaxıstandan çıxarılacaq.
Bizim.Media