Tokayevdən Putinə ZƏNG - KTMT-nin sülhməramlıları çıxarılırmı?

Tokayevdən Putinə ZƏNG - KTMT-nin sülhməramlıları çıxarılırmı?

Hazırda oxunan: Tokayevdən Putinə ZƏNG - KTMT-nin sülhməramlıları çıxarılırmı?

55178

Rusiya Prezidenti Vladimir Putin ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Kremlin saytında yer alıb.

Mənbə qeyd edir ki, Qazaxıstan prezidenti KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin səmərəli fəaliyyəti nəzərə alınmaqla ölkədə nizam-intizamın yekun bərpası üzrə tədbirlər barədə Kremlin sahibinə məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

KTMT sülhməramlıları Qazaxıstandan çıxmağa hazırlaşır – Rusiya Müdafiə Nazirliyi - VİDEO


Telefon zəngində KTMT-də strateji tərəfdaş olan Rusiya Federasiyasına köməyə və dəstəyə görə xüsusi minnətdarlıq ifadə olunub.

KTMT-yə üzv ölkələrin kontingentlərinin Qazaxıstan Respublikasının ərazisindən razılaşdırılmış şəkildə çıxarılmasının başlanması ilə bağlı məsələlər müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO